BAKI, 4 avqust. TELEQRAF
Hörmüz boğazında normal gəmiçiliyin bərpası üçün İranla danışıqlarda irəliləyiş var, lakin hələlik yekun qərar verilməyib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.
O, danışıqlara toxunaraq qeyd edib ki, irəliləyiş əldə edilib.
"Lakin onlar hələlik yekun həll yoluna gətirib çıxarmayıblar. Ümid edirik ki, bu, çox tezliklə baş verəcək", - Rubio əlavə edib.
Dövlət katibi İran və Omanın iştirak etdiyi məsləhətləşmələrin qısa müddətdə daha çox gəminin boğazdan təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi daşıdığını aydınlaşdırıb. Eyni zamanda, Rubio boğazın açıq olduğunu iddia edib. Onun sözlərinə görə, hazırda boğazdan neft daşımaları davam edir.
Rubio Hörmüz boğazından normal gəmiçiliyin bərpasının ABŞ-nin əsas prioriteti olduğunu açıqlayıb. O, Tehranla gələcək danışıqların İranın nüvə proqramına yönələcəyini bildirib.