BAKI, 4 avqust. TELEQRAF

Ukrayna rəhbərliyi Avropa İttifaqına (Aİ) qoşulmaq üçün zəruri olan islahatları gecikdirir.

Teleqraf xəbər verir ki, bu barədə "The Economist" qəzeti məlumat yayıb.

Nəşrə görə, bu "xoşagəlməz fakt" "Avropa liderlərinin təbəssümləri" ilə ört-basdır edilir.

İyun ayında Aİ ilə əsas müddəalar - qanunun aliliyi, demokratiya, korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyi üzrə danışıqlar aparılıb, lakin Ukrayna hökuməti indiyə qədər yalnız dörd qanun layihəsi təqdim edib ki, bunlardan ikisi Ali Rada tərəfindən təsdiqlənib. Lakin Kiyev altı ay əvvəl tədbir görməli idi.