BAKI, 4 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kolumbiya dairəsinin baş prokuroru Cenin Pirronun vəzifədən uzaqlaşdırılması məsələsini yaxın çevrəsi ilə müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Qəzetin mənbələrinin bildirdiyinə görə, Tramp Vaşinqtonda Abraham Linkoln memorialının qarşısındakı əks etdirici hovuzda baş vermiş vandalizm işi ilə bağlı qəbul edilən qərarlardan narazı qaldığını və özünü Cenin Pirro tərəfindən "xəyanətə uğramış" hiss etdiyini müşavirlərinə bildirib.
Məlumata görə, Tramp və Pirronun bazar ertəsi görüş keçirməsi gözlənilir.
Bundan əvvəl prokurorluq keçmiş olimpiyaçı Devid Hernə qarşı qaldırılmış cinayət işinə xitam verilməsini istəyib. Qurum belə qənaətə gəlib ki, hovuza dəyən zərər vandalizm nəticəsində deyil, ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən tədbirlər ərəfəsində aparılan uğursuz və tələsik təmir işləri səbəbindən yaranıb.
Donald Tramp isə bundan əvvəl dəfələrlə hovuzun örtüyünün zədələnməsində ehtimal olunan vandalları günahlandırmışdı. Devid Hernə qarşı irəli sürülən ittihamlar təsdiqlənsəydi, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi.