BAKI, 3 avqust. TELEQRAF
Amerikanın "Apple" korporasiyası Britaniya hökumətinə qarşı şifrəli istifadəçi məlumatlarına daxil olmaq cəhdləri ilə bağlı məhkəmə iddiası qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Məlumata görə, şikayət dövlət qurumları tərəfindən vətəndaşların izlənilməsi ilə bağlı iddiaları araşdıran xüsusi Britaniya tribunalına təqdim edilib. Apelyasiya Böyük Britaniya hökumətinin britaniyalıların məlumatlarının şifrələnmiş bulud ehtiyat nüsxələrinə çıxış tələbi ilə bağlıdır.
2025-ci ildə ABŞ-nin təzyiqi altında Birləşmiş Krallıq "Apple" şirkətinin şifrələnmiş istifadəçi məlumatlarına geniş giriş təmin etməsi tələbini ləğv edib. Lakin Britaniya hakimiyyəti daha sonra şirkətə yeni "texniki imkan bildirişi" verib və bu bildirişdə "Apple" şirkəti ABŞ-dəki istifadəçilər istisna olmaqla, bütün istifadəçilərin məlumatlarını Londonla paylaşmalı imiş.
Britaniya tərəfi tələblərini terrorizm və zorakılığa qarşı mübarizənin vacibliyini əsaslandıraraq irəli sürüb.