BAKI, 3 avqust. TELEQRAF

Novorossiysk yaxınlığında hücuma məruz qalan "Nadejda" gəmisində olan 23 dənizçi Rusiya limanına təxliyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə ​Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.

***

22:18

Qara dənizdə Türkiyə gəmisinə dron hücumu olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin Samsun limanından Novorossiyskə meyvə-tərəvəz daşıyan Kamerun bayrağı altında üzən "Nadejda" gəmisi Qara dənizdə Ukrayna dronları tərəfindən hücuma məruz qalıb.

Hücum nəticəsində üçü türk olmaqla dörd dənizçi yaralanıb.

Nəşrin məlumatına görə, gəmiyə yerli vaxtla təxminən Novorossiyskdən 30 mil məsafədə hücum edilib. Gəminin kapitanı Yalçın Şahinin sözlərinə görə, hücumda altı-yeddi Ukrayna dronu istifadə olunub. Zərbələr gəmidə yanğına səbəb olub.

118 metrlik Ro-Ro Yük gəmisi "Nadejda" (IMO nömrəsi: 7702657) 1978-ci ildə Danimarkada inşa edilib. Açıq qeydlərə görə, gəmi "Nadejda Roro Inc." şirkətinə məxsusdur və əməliyyat və texniki meneceri Türkiyənin "Kalyoncu Ro Ro Denizcilik" şirkətidir.