BAKI, 4 avqust. TELEQRAF

İspaniya hökuməti miqrasiya böhranı fonunda Seutaya üz tutan azyaşlı miqrantlara dəstəyi artırır.

Teleqraf EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın sosial təminat və miqrasiya naziri Elma Sais brifinq zamanı bildirib.

O qeyd edib ki, növbədənkənar ayrılacaq 25 milyon avro məbləğində vəsait əvvəllər ayrılmış 5,5 milyon avronun üzərinə əlavə olunacaq:

"Hökumət bu addımla Seutanın və əhalinin ən həssas təbəqələrinin yanında olduğunu nümayiş etdirir".