BAKI, 4 avqust. TELEQRAF
İyul ayında Azərbaycanda 78 aptekdə yoxlama aparılıb.
Bu barədə Teleqraf-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
Yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub.
Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.