BAKI, 4 avqust. TELEQRAF
Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Hayk Koncoryan Ermənistan parlamentinin vitse-spikeri seçilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Parlamentdə keçirilən səsvermədə onun lehinə 63, əleyhinə isə 28 deputat səs verib.