NAXÇIVAN, 4 avqust. TELEQRAF
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, "VAZ-2107" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılaraq müalicəyə yerləşdiriliblər.
Xəsarət alanlar Eliyev Səlim Elçin oğlu, Vəliyev Elçin Nizami oğlu və Ələsgərov Vüqar Qafar oğludur.
Faktla bağlı araşdırma aparılır.