BAKI, 1 avqust. TELEQRAF
Fransanın cənubundakı Var departamentində baş verən yeni meşə yanğını səbəbindən 2,5 min nəfər təxliyə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Var departamentinin prefekturası “X” sosial şəbəkəsində məlumat yayıb.
“Hazırkı vəziyyətə görə, 2,5 min nəfər təxliyə edilib”, - məlumatda bildirilib.
Prefekturanın açıqlamasına əsasən, yanğın artıq 1000 hektar ərazini əhatə edib. Alovun yayılma riskinin son dərəcə yüksək olması səbəbindən meşəlik ərazilərdə insanların qalması, hərəkəti və hər hansı işlərin aparılması qadağan edilib.
Bundan əvvəl Fransanın Quşların Mühafizəsi Liqasının (LPO) prezidenti Allen Buqren-Dübur ölkədəki yanğınlar nəticəsində milyonlarla heyvanın zərər çəkdiyini bildirib.