BAKI, 1 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri üçün cəbhə xəttində vəziyyət ağır olaraq qalır.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Mixail Drapatının iştirakı ilə keçirilən Ali Baş Komandan Qərargahının iclasından sonra bildirib.
“Cəbhədə vəziyyət ağırdır”, - Zelenski “X” sosial şəbəkəsində yazıb.
İclasda cəbhədəki mövcud vəziyyətin müzakirə olunduğu bildirilib.