BAKI, 1 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hücumun həyata keçirilməsi barədə göstəriş verib. Zərbələr bu həftəsonu başlaya və bir neçə gün davam edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp yaxın ətrafı ilə söhbətlərində İranla imzalanmış anlaşma memorandumunun nəticəsiz qalmasından dəfələrlə narazılığını bildirib.
Qəzet qeyd edir ki, Tehran da Vaşinqtona etibar etmir. Trampın hərbi gücdən istifadə ilə bağlı təhdidlərinin diplomatik yolla nizamlanma imkanlarını daha da zəiflətdiyi bildirilir.
Bundan əvvəl “CBS News” ABŞ və İsrailin bu həftəsonu İranın enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirməyə hazırlaşdığını xəbər vermişdi. Məlumata görə, mümkün hədəflər arasında neft emalı zavodları və elektrik stansiyaları var.