BAKI, 1 avqust. TELEQRAF
ABŞ və İsrail bu həftəsonu İranın enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “CBS News” mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Vaşinqton və Təl-Əviv İranın enerji obyektlərinə qarşı indiyədək ən genişmiqyaslı hücum kampaniyalarından birini planlaşdırır.
Zərbələrin artıq bu həftəsonu endirilə biləcəyi bildirilir. Bununla belə, əməliyyatın dəqiq vaxtı hələ razılaşdırılmayıb və ABŞ Prezidenti Donald Tramp hücumların həyata keçirilməsi ilə bağlı müvafiq əmr verməyib.
Məlumata görə, mümkün hücumların əsas hədəfləri arasında İranın neft emalı zavodları və elektrik stansiyaları ola bilər.