BAKI, 31 iyul. TELEQRAF

Kaliforniyadakı Miramar Hərbi Hava Qüvvələri bazasında beşinci nəsil F-35 qırıcı təyyarəsi yanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Hadisə Bakı vaxtı ilə 21:00-da baş verib. ABŞ Dəniz Piyadaları Korpusu qırıcı təyyarənin yanmasını "uçuş-enmə zolağında qəza" adlandırıb.

Təyyarənin havada qəzaya uğradığı bildirilir.

Bir F-35-in orta qiyməti 80 milyon dollar civarındadır.