BAKI, 1 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin nə vaxt başa çatacağı ilə bağlı konkret vaxt göstərə bilməyib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə amerikalı jurnalist Stiv Qruberə müsahibəsində danışıb.

“Bunu demək həmişə çətindir. Vyetnam müharibəsi 21 il davam etdi, biz isə beşinci aydır müharibədəyik və deyirlər ki, bu, həddindən artıq uzun çəkir. Bizi 21 il Vyetnamda saxlayan eyni insanlar indi şikayət edirlər. Bu, siyasətdir və dəhşətlidir”, - ABŞ lideri bildirib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək ölkəyə genişmiqyaslı zərbələri bərpa edib.