BAKI, 1 avqust. TELEQRAF
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket zərbələri nəticəsində azı üç nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçkoya istinadən məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində yaşayış binasının birinci və ikinci mərtəbələri qismən çöküb. Dağıntılar altında insanların qaldığı ehtimal edilir.
Şəhərdə ondan çox partlayış səsi eşidilib.
Vitali Kliçkonun sözlərinə görə, raket zərbələri nəticəsində anbarlarda da yanğın baş verib. Hadisə zamanı azı beş nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.