BAKI, 1 avqust. TELEQRAF

Perunun sabiq prezidenti Olyanta Umala Konstitusiya Məhkəməsinin qərarından sonra həbsdən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Konstitusiya Məhkəməsi Umalaya qarşı çıxarılmış 15 illik çirkli pulların yuyulması hökmünü ləğv edib. Bundan sonra sabiq prezident cümə günü axşam saatlarında həbsxananı tərk edib.

Olyanta Umala bir neçə sabiq Peru liderinin də saxlanıldığı xüsusi penitensiar müəssisədə cəza çəkirdi.

Sabiq dövlət başçısı ötən il 2011-ci il prezident seçkiləri kampaniyası zamanı Braziliyanın tikinti nəhəngi “Odebrecht”dən (hazırkı adı “Novonor”) qanunsuz maliyyə vəsaiti almaqda təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.