BAKI, 1 avqust. TELEQRAF

"Seutanı on minlərlə miqrant dalğası sanki işğal edib".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp hökumətin iclasında bildirib.

"Bu, yüz minlərlə insanın ölkəni işğal etməsinə oxşayır", - deyə o bildirib:

" Əgər Respublikaçılar seçilməsə, bizim də başımıza eyni şey gələcək , daha pisi olacaq".

Tramp qeyd edib ki, onun fikrincə, İspaniya nə edəcəyini bilmir.

"Bu gün yenə baş verir. Onlar ölkəyə hücum edirlər. Bunun səbəbi zəif qanunvericilik,
pis idarəetmə, çox liberal qanunvericilikdir.
30 iyulda minlərlə miqrant Mərakeşdən Seuta keçib. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, şəhərə ümumilikdə 50.000 nəfər gəlib. Seuta hakimiyyəti 60.000 miqrantın gəldiyini bildirib. Seutaya qanunsuz gələn 48.000-dən çox miqrant Mərakeşə qayıdıb. Son məlumatlara görə, şəhərə çatmağa çalışarkən ən azı 57 nəfər ölüb. Bu fonda bir neçə Avropa ölkəsi İspaniyanın Şengen zonasındakı üzvlüyünün dayandırılması məsələsinin nəzərdən keçirilməsinə çağırıb.