BAKI, 31 iyul. TELEQRAF
İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Şengen zonasının təhlükəsizliyinin tamamilə təmin olunduğunu deyib.
Teleqraf xəbər verir ki, o, bunu İtaliyanın İspaniya ilə sərhəddə nəzarəti gücləndirməsinə münasibət olaraq bildirib.
Nazirin sözlərinə görə, Seutaya gələn qanunsuz immiqrantların böyük əksəriyyəti artıq Mərakeşə qayıdıb. Nazir X sosial mediada qeyd edib ki, polis nəzarət məntəqəsində şəxsiyyət vəsiqəsi olmadan Seuta səyahət etmək mümkün deyil. Şengen zonasının bütövlüyü tamamilə təmin edilir.