BAKI, 31 iyul. TELEQRAF

Neapolda 4,7 bal gücündə güclü zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, İtaliyanın cənub şəhərinin bəzi məhəllələrində elektrik enerjisi kəsilib və yerli qatar xidməti dayandırılıb.

Ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.