BAKI, 31 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən mühakimə oluna biləcəyini etiraf edib.
Teleqraf xəbər verir ki, Tramp bildirib: "Məni təqib etdikləri barədə heç bir məlumat yoxdur. Amma bu baş verə bilər".
Dövlət Katibi Marko Rubionun Beynəlxalq Cinayət Məhkəməsini sərt tənqid edən açıqlamalarını şərh edən Tramp qeyd edib ki, Rubio onu qorumağa çalışmır: "O, Bibini (İsrail Baş naziri Benyamin Netanyahu - red) və digər müxtəlif insanları qorumağa çalışır. Hazırda mənim onlardan biri olduğuma dair heç bir dəlil yoxdur".
Hazırkı ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) bir neçə dəfə sanksiyalar tətbiq edib. Tramp 6 fevral 2025-ci ildə BCM rəsmilərinə qarşı sanksiyalar tətbiq edən sərəncam imzalayıb. ABŞ hökuməti BCM-i Vaşinqtona və İsrail kimi müttəfiqlərinə qarşı qanunsuz hərəkətlərdə ittiham edib. Xüsusilə, ABŞ məhkəmənin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant üçün əsassız həbs qərarları çıxarmaqla səlahiyyətlərindən sui-istifadə etdiyini bəyan edib.