BAKI, 1 avqust. TELEQRAF
İraqın Baş naziri Əli əl-Zeydinin silahlı qüvvələrin sayıqlığını və maksimum döyüş hazırlığını artırmaq üçün əmrlər verib.
Teleqraf xəbər verir ki, bu barədə "Middle East Eye" məlumat yayıb.
Qərar həmçinin ordunun müasir radar sistemləri, erkən aşkarlama sistemləri və hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsi proqramlarının sürətləndirilməsini də əhatə edir.
Bundan əvvəl ABŞ və Səudiyyə Ərəbistanı İraq silahlı qüvvələrinə inteqrasiya olunmuş Haşd əl-Şəbiyə məxsus bazalara zərbələr endiriblər.