BAKI, 13 iyul. TELEQRAF

İyulun 12-də İran ətrafındakı vəziyyətlə bağlı görüş keçirilib və müəyyən razılaşmalar əldə edilib. Lakin Tehran daha sonra Vaşinqtondan düzəlişlər istəyib, lakin Amerika tərəfi bunu etmək istəmir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində bildirib.

"Dünən son anda görüşdük. Hər şey onlarla son anda baş verir. Və dünən hər şey razılaşdırıldı. Sonra onlar otaqdan çıxdılar, yenidən zəng etdilər və bir neçə dəyişiklik etməli olduqlarını dedilər. Biz dəyişiklik etməyəcəyimizi dedik'", - deyə Amerika lideri bildirib.

O, təfərrüatları açıqlamayıb.