ŞUŞA, 13 iyul. TELEQRAF

"Dezinformasiya ilə bağlı bəzi ölkələrdə sosial media platformalarında süni intellektlə material hazırlanıbsa, bunun qeyd olunmağı tələb olunur".

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Dharana Digital"ın direktoru (SFHEA), Süni İntellekt (Sİ) və sosial media üzrə təlimçi, tədqiqatçı Karen Sazerlend IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, çünki bəzən fərqi görmək çox çətindir.

"Uşaqların telefondan asılı olmamağına çalışmalıyıq, onlara ünsiyyətin digər yollarını da öyrətməliyik. Bəzi insanlar süni intellekt tövsiyəsi ilə özlərinə qəsd etmişdilər. Buna görə qadağanı tətbiq etməklə yanaşı, gənclərin digər üsullarla bir-birləri ilə ünsiyyət qurmasına şərait yaratmalıyıq", - o vurğulayıb.