BAKI, 13 iyul. TELEQRAF
Avropa İttifaqı "VKontakte", "Odnoklassniki" sosial şəbəkələri və bir sıra digər yerli rəqəmsal xidmətlərin sahibi olan Rusiya şirkəti "VK"-nı sanksiya siyahısına daxil edib.
Teleqraf xəbər verir ki, bu barədə qərar Avropa İttifaqı Şurasının "Rəsmi jurnalı"nda dərc olunub.
Sanksiyaların tətbiqinə əsas kimi "VK"-nın "Maks" milli messencerinin tərtibatçısı olan "Kommunikasiya platforması" MMC-nin ana şirkəti olması göstərilib.