BAKI, 13 iyul. TELEQRAF
ÜÖtən ay "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında qeyd edilib.
Hesabata görə, Aralıq dənizi regionu neft bazarları arasında ən zəif bazarlardan biri olub.
Qazaxınstanın "Kaşaqan" yatağında texniki xidmət cədvəlinin dəyişdirilməsi nəticəsində bazara əlavə yüklərin çıxması da daxil olmaqla, regionda təklifin artması fonunda "CPC Blend" markalı neftin qiymət azalıb.
Yaxın Şərqdən Avropaya neft yüklərinin daxil olması isə onsuz da kifayət qədər təmin olunmuş regional bazarda rəqabəti daha da gücləndirib.
Nəticədə, "CPC Blend" markalı neftin qiymət fərqi aylıq müqayisədə 5,06 ABŞ dolları azalaraq Şimal dənizi üzrə "North Sea Dated" etalon göstəricisinə nisbətdə 3,60 ABŞ dolları azalıb.
Eyni zamanda, "Saharan Blend" və "Azeri BTC" markalı (Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanından yüklənir - red.) neftlərin qiymət fərqi də müvafiq olaraq 0,24 dollar və 2,73 dollar azalaraq "North Sea Dated" etalonuna nisbətdə müvafiq olaraq 1,80 dollar və 3,18 dollar bahalaşıb.