BAKI, 13 iyul. TELEQRAF
Lisey və gimnaziyalara müraciət tarixi uzadılıb.
Teleqraf xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, namizədlər qəbulla bağlı 15 iyul saat 12:00-dək müraciət edə bilərlər.
Seçim prosesi başa çatdıqdan sonra şagirdlərin topladıqları ballara uyğun şəkildə yerləşdirilməsi aparılacaq və qəbul nəticələri elan ediləcək. Avqust ayının birinci yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılacaq və sənəd qəbulu prosesinə başlanılacaq.
Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir. Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi xarakter daşımır. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.