BAKI, 13 iyul. TELEQRAF

2026-ci ilin iyununda Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 456 min barel olub.

Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 454 min barel, ikinci rübündə isə 457 min barel təşkil edib.

Fevralda hasilat 454 min, martda 456 min, apreldə 460 min, may və iyunda isə 456 min barel olub.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündəlik 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 95 min barel geridə qalıb.