BAKI, 13 iyul. TELEQRAF

İran ABŞ-nin ölkə ərazisinə endirdiyi hücumlara cavab olaraq İordaniyada yerləşən hərbi bazasını raketlərlə hədəfə alıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın Press TV telekanalı məlumat yayıb.

Məlumata görə, İran raketləri ABŞ-yə məxsus aviabazasına zərbələr endirib. Həmçinin İordaniya ərazisində partlayış səslərinin eşidildiyi bildirilir.

Bundan əvvəl İranın Sirik şəhəri, Bəndər-Abbas limanı, eləcə də Cask şəhəri və Keşm adası ətrafında partlayışların baş verdiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında gəmilərə hücum imkanlarını zəiflətmək məqsədilə ölkəyə qarşı əlavə zərbələr endirildiyini açıqlayıb.