BAKI, 13 iyul. TELEQRAF
İyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Teleqraf Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.