BAKI, 13 iyul. TELEQRAF
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır olaraq qalır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
"Xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicəsi davam edir", - deyə məlumatda qeyd edilib.