BAKI, 11 iyul. TELEQRAF
İran ABŞ-dan danışıqları bərpa etməsini istəməyib və Vaşinqton mövqeyini dəyişmədiyi təqdirdə danışıqlara başlamaq niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi bir mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, yaxın vaxtlarda danışıqların bərpası mümkün deyil.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyulun 10-da bəyan edib ki, Vaşınqton İranın tələbi ilə münaqişənin həlli ilə bağlı danışıqları davam etdirməyə razılaşıb, lakin atəşkəs artıq başa çatıb.