BAKI, 11 iyul. TELEQRAF
ABŞ-nin Rusiyadakı səfirliyi xüsusi nümayəndə Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskvaya mümkün səfəri ilə bağlı məlumatı təsdiqləməyib.
Teleqraf xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik “İzvestiya” qəzetinin sorğusuna cavabında bildirib.
“Hazırda gələcək səfərlə bağlı açıqlayacağımız hər hansı məlumat yoxdur”, - deyə səfirliyin cavabında qeyd olunub.
Bundan əvvəl diplomatik mənbə "RİA Novosti" agentliyinə Uitkoff və Kuşnerin yaxın vaxtlarda Moskvaya səfər edə biləcəyini bildirmişdi.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə onların Moskvada məmnuniyyətlə qarşılanacağını söyləmişdi.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da Uitkoff və Kuşnerin Ukrayna məsələsi üzrə vasitəçilik fəaliyyətində iştirak etdiyini təsdiqləmişdi.