BAKI, 11 iyul. TELEQRAF
ABŞ Milli Kəşfiyyat İdarəsində əməkdaşların növbəti ixtisar mərhələsinə start verilib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun müvəqqəti direktoru Bill Pulti "X" sosial şəbəkəsində paylaşım edib.
“ABŞ Milli Kəşfiyyatı əvvəlkindən daha səmərəli və effektiv fəaliyyət göstərir. Bu gün artıq və ya ikinci dərəcəli hesab edilən əməkdaşların ixtisarının üçüncü mərhələsinə başladıq”, - deyə o bildirib.
Pulti ixtisar ediləcək əməkdaşların sayı barədə məlumat verməyib.
Qeyd edək ki, bundan əvvəl də ABŞ Milli Kəşfiyyat İdarəsində kadr ixtisarları aparılıb. CNN telekanalının iyun ayında yaydığı məlumata görə, Prezident Donald Tramp Bill Pultini qurumun müvəqqəti rəhbəri təyin edərkən ondan yüzlərlə əməkdaşın ixtisar edilməsini gözləyirdi.
Tramp daha əvvəl “The Wall Street Journal” qəzetinə müsahibəsində Milli Kəşfiyyat İdarəsində işçi sayının azaldılması prosesinin başlanmasına göstəriş verdiyini açıqlamışdı. Nəşrin məlumatına görə, ABŞ prezidenti ölkənin 18 kəşfiyyat qurumunun fəaliyyətini əlaqələndirən bu aparatın həddindən artıq böyük olduğunu düşünür.
CBS telekanalının məlumatına əsasən, Vaşinqton administrasiyası qurumun aparatında təxminən 1 300 əməkdaşın saxlanılmasını planlaşdırır.