BAKI, 10 iyul. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü Hörmüz boğazındakı vəziyyəti müzakirə etmək üçün Omana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran XİN rəhbərinin özü məlumat verib.

Onun sözlərinə görə, danışıqlarda əsasən Yaxın Şərqdəki vəziyyət, xüsusən də Hörmüz boğazı və ikitərəfli münasibətlər müzakirə olunacaq.

Qeyd edək ki, çərşənbə axşamı ABŞ ordusu İrana qarşı bir sıra güclü zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı hücumun İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq edildiyini iddia edib. İran ordusu Bəhreyn və Küveytdəki ABŞ bazalarına qarşı cavab zərbələri endirdiyini bəyan edib.