BAKI, 11 iyul. TELEQRAF
Böyük Britaniyanın keçmiş naziri Enn Viddekombun qətlə yetirildiyi güman edilir.
Teleqraf xəbər verir ki,bu barədə "Bloomberg" məlumat yayıb.
Britaniya polisi keçmiş millət vəkili və nazir Enn Viddekombun ölümünü araşdırır.
Mühafizəkarlar hökumətinin ədliyyə naziri olmuş Viddekomb 78 yaşında Devon ştatının Nyuton Abbot şəhəri yaxınlığındakı evində ölü tapılıb.
Polisin məlumatına görə, zəng 9 iyul, cümə axşamı, saat 11:40 radələrində daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin üzərində işgəncə izləri aşkar ediblər.
Polis şübhəlinin axtarışına başlayıb.
Enn Viddekomb təxminən 30 il ərzində Böyük Britaniya İcmalar Palatasında Mühafizəkarlar Partiyasını təmsil edib. Parlamentdən ayrıldıqdan sonra o, Brexit Partiyasından Avropa Parlamentinin üzvü olub və daha sonra "Reform UK"nin mətbuat katibi vəzifəsində çalışıb.