BAKI, 8 iyul. TELEQRAF
İranın Fars körfəzində yerləşən Keşm və Xark adalarında partlayışlar qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.
Məlumata görə, partlayışlar İranın strateji əhəmiyyət daşıyan Keşm və Xark adalarında baş verib. Hadisələrin səbəbi və nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bundan əvvəl İranın Sirik və Bəndər-Abbas liman şəhərlərində də partlayışlar barədə xəbərlər yayılmışdı. Daha sonra Tasnim agentliyi Bəndər-Abbas və Keşm adasında vəziyyətin normallaşdığını bildirmişdi.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İranın Hörmüz boğazında üç kommersiya gəmisinə hücum etdiyini iddia edərək ölkəyə qarşı “güclü zərbələr silsiləsi” həyata keçirdiyini açıqlamışdı.