BAKI, 8 iyul. TELEQRAF

ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində bir neçə nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ aviasiyasının İranın cənubundakı hədəflərə hücumları nəticəsində xəsarət alanlar var.

“ABŞ-nin ölkənin cənubundakı İran hədəflərinə endirdiyi hava zərbələri nəticəsində bir neçə nəfər yaralanıb”, – məlumatda qeyd olunub.

Yaralıların sayı və vəziyyəti barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Xatırladaq ki, ABŞ daha əvvəl Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarla bağlı iddialardan sonra İrana qarşı “güclü zərbələr silsiləsi”nə başladığını bəyan edib.

Bundan əvvəl İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ-nin hücumlarını İslamabad memorandumunun müddəalarının pozulması kimi qiymətləndirmişdi.