BAKI, 7 iyul. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Paris Apelyasiya Məhkəməsinin "Milli Birlik" Partiyasının lideri Marin Le Penin cəzasının azaldılması qərarını şərh etməkdən imtina edib.
Teleqraf xəbər verir ki, Makron Dəməşqdə keçirilən mətbuat konfransında məhkəmənin qərarına münasibət bildirməməyi demokratik sistem üçün təbii hesab edib.
Qeyd edək ki, bu gün Parisdə Apellyasiya Məhkəməsi "Milli Birlik" Partiyasının lideri Marin Le Pen barəsində parlament köməkçiləri işi üzrə hökm çıxarıb.
Məhkəmənin qərarına əsasən, Marin Le Pen 3 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın bir ilini elektron qolbaq nəzarəti altında çəkməsi nəzərdə tutulub.
Marin Le Pen ötən ilin noyabrında bildirmişdi ki, əgər Apellyasiya Məhkəməsi onun seçkilərdə iştirakına qoyulan qadağanı qüvvədə saxlasa, 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərində namizəd olmayacaq.
Marin Le Pen və onun rəhbərlik etdiyi partiyanın daha 26 nümayəndəsi Avropa Parlamentinin vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunublar.
İstintaqın iddiasına görə, onlar Avropa Parlamentinin ayırdığı vəsaiti qanunsuz şəkildə parlament köməkçilərinin fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiblər.