BAKI, 7 iyul. TELEQRAF
Kubada milli elektroenerji sistemində genişmiqyaslı qəza baş verib və nəticədə ölkə üzrə elektrik enerjisinin verilişi tam dayanıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin dövlət enerji şirkəti olan "Union Electrica" məlumat yayıb.
Şirkətin "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirilib ki, milli elektroenerji sistemində tam kəsinti qeydə alınıb və hadisənin səbəbləri araşdırılır.
Hazırda qəzanın nə qədər ərazini əhatə etdiyi, elektrik təchizatının nə vaxt bərpa olunacağı və hadisənin mümkün səbəbləri barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, son illərdə Kuba enerji infrastrukturu ilə bağlı problemlərlə tez-tez üzləşir. Ölkədə elektrik stansiyalarının köhnəlməsi və yanacaq çatışmazlığı səbəbindən vaxtaşırı enerji böhranları yaşanır.