BAKI, 7 iyul. TELEQRAF
Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şaraa ölkəsinin yaxın vaxtlarda Avropanın aerokosmik nəhəngi olan "Airbus" ilə səkkiz sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, Fransanın BFMTV telekanalına müsahibəsində bildirib ki, Suriya səkkiz “Airbus” təyyarəsinin sifarişi ilə bağlı saziş imzalamaq üzrədir və həmin təyyarələrin yaxın zamanda təhvil veriləcəyinə inanır.
Əş-Şaraa təyyarələrin Suriyaya hansı şərtlərlə təqdim ediləcəyini dəqiqləşdirməyib.
Məlumata görə, ölkənin milli aviadaşıyıcısı olan "Syrian Arab Airlines" hazırda Qətər investisiyalarının dəstəyi ilə genişmiqyaslı modernləşdirmə proqramı həyata keçirir. Proqram çərçivəsində aviaparkın iki dəfə artırılması nəzərdə tutulur.
Hazırda şirkətin donanmasına 12 sərnişin və yük təyyarəsi daxildir.