BAKI, 2 iyul. TELEQRAF
İraq Kürdüstanında Ərbilin şərqində yerləşən və İran hakimiyyətinə müxalif olan kürd silahlı dəstələrinin mövqeləri pilotsuz uçuş aparatı ilə hədəfə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" İraq təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, zərbə nəticəsində düşərgə ərazisində yanğın baş verib.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.