BAKI, 2 iyul. TELEQRAF

Avropa Parlamenti deputatları Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinonu Rusiyanın 15 yaşadək futbolçulardan ibarət yığmasının beynəlxalq turnirə buraxılması qərarına görə tənqid ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bundan əvvəl FİFA Rusiyanın 15 yaşadək futbolçulardan ibarət milli komandasına oktyabr ayında Azərbaycanda keçiriləcək beynəlxalq turnirdə iştirak etmək icazəsi verib.

Məlumata görə, Avropa Parlamentinin 44 deputatı bu qərarın ləğv edilməsinə çağırış edib.

Qeyd edək ki, Rusiya yığmaları və klubları 2022-ci ildən etibarən beynəlxalq yarışlardan kənarlaşdırılıb.