BAKI, 1 iyul. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağına endirilən zərbə nəticəsində HƏMAS hərəkatının silahlı qanadının tağım komandiri Adel Asfurun öldürüldüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Adel Asfur Qəzza zolağının cənubunda fəaliyyət göstərən HƏMAS-ın hərbi qanadının tağım komandiri olub.
İMQ-nin iddiasına görə, Asfur müharibə dövründə İsrail hərbçilərinə qarşı snayper atəşi və partlayıcı qurğular vasitəsilə hücumlar təşkil edib.
Açıqlamada həmçinin qeyd olunub ki, o, son həftələrdə HƏMAS-ın döyüş qabiliyyətinin bərpası istiqamətində fəaliyyət göstərib və Qəzza zolağında əməliyyat aparan İsrail qüvvələri üçün təhlükə yaradıb.