BAKI, 1 iyul. TELEQRAF
Belçikanın Antverpen şəhərindəki çoxmənzilli binada baş verən yanğın nəticəsində azı altı nəfər ölüb.
Teleqraf xəbər verir ki, hadisə bu gün səhər saatlarında Antverpenin Linkeroever rayonundakı 10 mərtəbəli yaşayış binasında baş verib.
Yanğın binanın birinci mərtəbəsində başlayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.
200-dən çox insanın yaşadığı binada təxliyə işləri aparılıb.
10-dan çox yanğınsöndürmə maşını hələ də yanğınla mübarizə aparır.