BAKI, 22 iyun. TELEQRAF
Pakistan müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanın Hind çayı ilə bağlı razılaşmanı pozmasını ölkənin milli təhlükəsizliyinə birbaşa təhdid adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə nazir "ARY News" telekanalına müsahibəsində bildirib.
"Hindistan suyu silah kimi istifadə edərək Pakistanın su təchizatını pozarsa, İslamabad hərbi variantı işə salacaq",- o deyib.
Qeyd edək ki, iki ölkə arasında gərginlik 2025-ci ilin aprelində Cammu və Kəşmirdə törədilən, 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra kəskinləşib. Həmin hadisədən sonra Hindistan Hind çayı haqqında ikitərəfli müqavilənin icrasını dayandırıb.