BAKI, 20 iyun. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə Türkiyə ilə Rumıniya arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Görüşdə Prezident Ərdoğan Türkiyənin iki ölkə arasında ticarət, müdafiə və təhlükəsizlik də daxil olmaqla bir çox sahələrdə əməkdaşlığa önəm verdiyini və münasibətlərin yaxşılaşdırılması üçün addımlar atmağa davam edəcəyini bildirib.

Prezident Ərdoğan Türkiyə və Rumıniyanın Qara dənizlə bağlı məsələlərdə sıx əməkdaşlığa önəm verdiyini bildirib.

Prezident Ərdoğan qeyd edib ki, Türkiyə Ukrayna-Rusiya müharibəsinin sona çatması kontekstində İranda sülhün bərqərar olması ilə bağlı müsbət irəliləyişlərin əldə edilməsi üçün intensiv səylər göstərir.