“Zirə” yeni futbolçu ilə anlaşıb.
Teleqraf xəbər verir ki, komanda braziliyalı qapıçı Maykon Kleytonu heyətinə qatıb.
27 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Maykon Kleyton daha əvvəl Braziliyanın “Santa Kruz”, “Red Bull Braqantino”, “Vitoriya”, “Seara” və Portuqaliyanın “Portimonense” klublarında çıxış edib.