BAKI, 20 iyun. TELEQRAF
ABŞ və İran arasında danışıqların yeni mərhələsi iyunun 21-də baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens məlumat verub.
“Bazar günü İranla danışıqlar mümkündür”, - o deyib.
Vens ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin İranla danışıqların planlaşdırıldığı yerdə olduğunu təsdiqləyib.
Vitse-prezident Tehranla danışıqlarda irəliləyiş olduğunu və tərəflərin atəşkəsi qoruyub saxlaya biləcəyinə əminliyini ifadə edib.
Həmçinin o, İran nümayəndə heyəti ilə danışıqlarda iştirak etmək üçün iki gün ərzində İsveçrəyə səfər edə biləcəyini söyləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də bəyan edib ki, Tehran nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün tezliklə İsveçrəyə səfər edəcək.