BAKI, 20 iyun. TELEQRAF

“İsveçrə ABŞ ilə İran arasında anlaşma memorandumunun icrası ilə bağlı danışıqlar üçün Burgenştok şəhərində məxfi və etibarlı mühit yaratmağa davam edir”.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Nazirlik əlavə edib ki, danışıqlar məxfi xarakter daşıması səbəbindən iştirakçılar və müzakirələrin məzmunu barədə əlavə təfərrüatlar açıqlanmayacaq.